2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 30 mlrd. 331 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 9,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Cari ilin yanvar-iyul aylarının yekunları üzrə orta illik inflyasiya 2,8% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,4% - 3 min 94,8 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 27 mlrd. 905,4 mln. manat qalır ki, bu da 2017-ci ilin yanvar-iyul aylarının göstəricisindən 9,9% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.**
B.Rüstəmbəyov