“Azersu” ASC Şirvan və Ağstafa şəhərlərində su təchizatının yaxşılaşdırılmasına 7 mln. 191,8 min manat vəsait yönəldəcək.
tender.gov.az saytında dərc olunan məlumata görə, “Azersu” Şirvan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin icrasına dair “Mühəndis Tikinti Layihə” MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 2 mln. 651,6 min manatdır.
İkinci müqavilə Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılmasına dair “Ekvator-M” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 4 mln. 540,2 min manatdır. **
B.Rüstəmbəyov