2018-ci ilin birinci yarısında Azərbaycan 16 mln. 258,4 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $8 mlrd. 86,81 mln. (artım 41,2%) təşkil edib”, - məlumatda bildirilir.
2018-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilmiş $6 mlrd. 945 mln. 438,3 min məbləğində neftin bəyan edilmiş həcmi 13 mln. 564,8 min ton təşkil edib.
2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib.**
N.Abbasova