2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 538,8 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 22,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $94 mln. 841,2 min (artım 14,3%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $23 mln. 85,2 min dəyərində (azalma 67,4%) 57,398 min ton şəkər xammalı və şəkər (azalma 61,5%), $56 mln. 2,2 min dəyərində (artım 37,1%) 64,731 min ton bitki yağı (artım 44,5%), $23 mln. 894,1 min dəyərində (artım 12,4%) 6,126 min ton çay (artım 13%), $39 mln. 472,1 min dəyərində (artım 20,8%) 6,688 min ton kərə yağı və süd (azalma 13,9%) idxal edilib.
Yanvar-iyun aylarında respublikaya $12 mln. 140,6 min dəyərində (azalma 17,9%) 4,008 min ton (azalma 25,8%) iribuynuzlu heyvan əti, $16 mln. 718 min dəyərində (azalma 6,1%) 15 min 132 ton (azalma 3,2%) quş əti və ondan hazırlanan məmulatlar idxal olunub.
Yanvar-iyun aylarında respublikaya $53 mln. 970,7 min dəyərində (artım 50,8%) 61,775 min ton meyvə (artım 49,1%), $6 mln. 166,3 min dəyərində (azalma 38,2%) 11,42 min ton tərəvəz (azalma 47,4%), $20 mln. 446 min dəyərində (azalma 8,5%) 80,48 min ton kartof (azalma 22,9%) idxal edilib.
Hesabat dövründə ölkədən $150 mln. 626,4 min dəyərində (artım 10,8%) 158,9 min ton tərəvəz (artım 0,8%), $74 mln. 140,4 min dəyərində (artım 41,9%) 74,14 min ton meyvə (artım 51,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $12 mln. 383,9 min dəyərində (azalma 52,6%) 20,813 min ton şəkər (azalma 48,4%), $4 mln. 242,6 min dəyərində (azalma 17,5%) 4,929 min ton bitki yağı (artım 6,5%) ixrac edilib.
Həmçinin yanvar-iyun aylarında Azərbaycan $5 mln. 135,4 min (аrtım 5,8%) dəyərində 4,093 min ton meyvə və tərəvəz şirələri (azalma 12,1%), $4 mln. 6,3 min (аrtım 82,5%) dəyərində 318,4 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 2,6 dəfə), $3 mln. 667,2 min (аrtım 97,8%) dəyərində 2,917 min ton meyvə və tərəvəz konservləri (artım 30,8%) ixrac edib.**
B.Rüstəmbəyov