2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,4% - 72,805 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $17 mln. 728 min məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 35,2%)”, - məlumatda bildirilir.
Yanvar-iyun aylarında Azərbaycana $29 mln. 618 min (azalma 14,2%) dəyərində 198,1 min ədəd (artım 8,2%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 46,4% - 85,929 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $15 mln. 135 min (artım 49,2%) təşkil edir.**
B.Rüstəmbəyov