Bakı Nəqliyyat Agentliyi (BNA) 6 şəhərdaxili marşrut xətti üzrə daşıyıcı seçimi ilə bağlı müsabiqə elan edib. Bu barədə agentliyin məlumatında deyilir.
Seçim müsabiqə yolu ilə keçiriləcək.
“Daxil olan vətəndaş müraciətləri əsasında 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, məqsəd bu xətlərüzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.*
N.Abbasova