2018-ci ilin yanvar-iyul Azərbaycanda tikinti materiallarının istehsal həcmi 322,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 mln. 917,7 min tonadək sement (artım 21,6%), 811,1 min tonadək hazır beton qarışığı (artım 2,2 dəfə), 14,032 min kubmetrədək işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 44,3%), 17 min tonadək tikinti əhəngi (artım 27,3%), 109,7 min tonadək asalt (artım 9,7%) istehsal olunub.
Bu ilin yanvar-iyul aylarında tikinti gipsi istehsalında 43,1%- 30,7 min tonadək, beton konstruksiya istehsalında 58,9% - 45,3 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic istehsalında 35,4% - 50,3 min tonadək, tikinti kərpici istehsalında 4% - 156,3 min kubmetrədək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov