Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum cəhdlərinə dair məlumatı təkzib edir.
“Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir”, - “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, “düşmənin yaydığı məlumat həqiqəti əks etdirmir, növbəti yalan və təxribatdır”.
“Bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil”, - nazilrlikdən bildirilib.
Öncə Ermənistan tərəfi məlumat verib ki, guya 15 nəfərdən ibarət Azərbaycan hərbçiləri Qarabağ münaqişəsi zonasında Ermənistanın mövqelərinə hücuma cəhd ediblər. **
F.İsazadə