Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Görüş zamanı iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd edilib”, - deyə XİN-in məlumatında qeyd olunur.*
F.İsazadə