Almaniya kansleri Angela Merkel 23-25 avqust tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə bu gün jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.
"A.Merkel siyasi məsələlər, ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əlaqələrlə bağlı danışıqlar aparacaq, eləcə də Avropa və xarici siyasi məsələləri müzakirə edəcək”, - deyə o bildirib.*