“SOCAR Petroleum” QSC (SOCAR-ın törəməsi) cümə günü Bakıda ikinci sıxılmış təbii qaz (CNG) yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu barədə SOCAR-dan məluma verilir.
“Bakının Badamdar qəsəbəsi, yeni avtomobil bazarının yaxınlığında “ SOCAR brendli ikinci sıxılmış təbii qaz (STQ -beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatır”, - məlumatda deyilir.
Yeni açılan məntəqədə son model Yaponiya istehsalı olan 5 yanacaqpaylayıcı kalonka quraşdırılmışdir ki, onlardan 2-si STQ satışını həyata keçirəcək. YDM-də STQ ilə yanaşı “Super”, “Premium”, A-92 (benzin) və dizel tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq.
Məntəqədə 30 nəfər işçi çalışır
SOCAR prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışında qeyd edib ki, hazırda dünya miqyasında STQ yanacağına tələbat sürətlə artmaqdadır. STQ daha sərfəli alternativ mühərrik yanacaq növü sayılır və ekoloji baxımdan daha effektiv, eyni zamanda daha təhlükəsiz yanacaqdır.
Xəbər verildiyi kimi, .irkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək. **
N.Abbasova