Prezident İlham Əliyev Lerik rayonunda avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Piran–Hamarat–Vıjaker avtomobil yolu 9 min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam avqustun 18-də dövlət başçısının saytında dərc olunub.*
A.Əzizov