Avqustun 19-u axşam saatlarından etibarən Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin pərakəndə qiyməti qalxıb.
“Premium Euro-95”in pərakəndə satış qiyməti 1,25 manatdan 1,5 manatadək (artım 20%), “Super Euro-98” markalı benzinin qiyməti isə 1,5 manatdan 1,6 manatadək (artım 6,7%) artıb.
“Qiymət artımı məhsulun idxalının maya dəyərinin yüksək olması ilə şərtlənib. Hazırda ölkəyə idxal olunan hər iki markalı benzinin hər litri hazırda orta hesabla 1,35-1,4 manata başa gəlir”, - deyəneft bazarındakı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
N.Abbasova