Rusiya heç zaman dövlətləri bizimlə və ya Qərb ilə olmaq kimi seçim qarşısında qoymur. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“Biz heç zaman heç kimi seçim qarşısında qoymuruq - bizimlə və ya Qərbin tərəfində olmaq. Ola bilsin, bunu qərb tərəfdaşlarımız təcrübədən keçirir”, - M.Boçarnikov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ryusiya və Azərbaycan beynəlxalq arenada dost dairəsini özləri seçən müstəqil dövlətlərdir. “RF Azərbaycanla əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edir”, - səfir qeyd edir. **
F.İsazadə