Rusiya-Azərbaycan Regionlararası Forum oktyabr ayındaGəncədəkeçiriləcək.Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.
“Gündəmdə oktyabrın əvvəlində Gəncədə keçiriləcək millətlərarası əməkdaşlıq forumu (doqquzuncu - İF) durur. Bu, işgüzar dairələr və rəsmilərin iştirakı ilə keçiriləcək geniştərkibli görüşdür. Görüş ölkələrimiz arasında əməkdaşlığa təkan verəcək”, - M.Boçarnikov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin sonuna kimi iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.
“Bundan əlavə, sentyabrda Bakıda Rusiya filmləri həftəsi keçiriləcək. Noyabrda Azərbaycanda Beynəlxalq teatr festivalı baş tutacaq. Festivalda rusiyalı nümayəndələr də iştirak edəcək”, - səfir vurğulayıb.
O qeyd edib ki, hazırki mərhələdə “dövlət başçıları arasında həyata keçirilən əlaqələrin praktiki məsələlərlə məzmun qazanması” əsas vəzifədir. “Dövlət başçlarının (Vladimir Putin və İlham Əliyev - İF) dostluq əlaqələri ölkələr arasında əməkdaşlığa təkan verir. Mənim vəzifəm rəsmi şəxslər və ictimaiyyətlə sıx əlaqələr qurmaqdan ibarətdir”, - M.Boçarnikov bildirib. **
F.İsazadə