Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində taktiki döyüş təlimi sona çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DSX-dən məlumat verilib.
Təlimlərə avqustun 10-da start verilib.
“Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təliminin əsas hədəfləri Xəzər dənizində sərhəd sularından qanunsuz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi olub”, - DSX-dən qeyd ediblər.
Bundan başqa, şəxsi heyət neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması, raket-artilleriya qurğularından atışlar həyata keçirib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevtaktiki döyüş təliminin uğurlu yekununu qeyd edib. **
F.İsazadə