Rusiyanın “Холдинг Аква” MMC “Ессентуки №4” və “Ессентуки №17” mineral suyunun Azərbaycana tədarükünə başlayıb. Bu barədə MMC-dən məlumat verilir.
“Холдинг Аква” məhsullarının ixracının 30% artırılmasına yönəlib Bu məqsədlə ilk uğurlu addımlar atlılıb: “Ессентуки №4” və “Ессентуки №17” mineral suyunun Azərbaycana tədarükünə başlanıb. Azərbaycanın “FL Trans” şirkəti ilə bu məhsulların tədarükünə dair müqavilə imzalanıb”, - məlumatda qeyd edilir.
Müqaviləyə əsasən, artıq “Холдинг Аква” Azərbaycana 48 min şüşə mineral suyu göndərib. Lakin tərəflər əməkdaşlığı genişləndirməyi və tədarük həcmini artırmağı planlaşdırır.
“Azərbaycana ixrac məqsədilə mineral suyu rus və Azərbaycan dilində etiket ilə buraxılacaq”, - məlumatda vurğulanır.
“Холдинг Аква” MMC Azərbaycan bazarı ilə bərabər digər bir sıra ölkələrə, həmçinin İsrail, Qazaxıstan və Belarusa məhsulların tədarükünə başlamağa hazırlaşır. **
N.Abbasova