“Azəristiliktəchizat” ASC Sumqayıt şəhər qazanxanasının qazlaşdırılması layihəsinin icrası üçün podratçı seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə aparılır.
Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender təklifləri 4 oktyabr 2018-ci il tarixinədək qəbul olunur. Tender proseduru oktyabrın 5-də baş tutacaq. **
N.Abbasova