Azərbaycan prezidenti İlham Əliyev Kerala ştatında irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar hindistanlı həmkarı Ram Nat Kovində başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Ölkənizdə baş vermiş irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi”, - məktubun mətnində deyilir.
İ.Əliyev faciə ilə əlaqədar bütün Hindistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. **