Qurban bayramı ilə əlaqədar Azərbaycana xüsusilə Gürcüstandan 20 min baş heyvan idxal olunacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
21-23 avqust tarixlərində Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə bigə Bakı şəhərinin 32 nöqtəsində və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək.
“Yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirilib”, - məlumatda deyilir.
Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1 min-1,5 min baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək. **