Rio-de-Janeyronun rayonunda braziliyalı hərbçilərin narkotik alverçiləri və cinayətkar dəstə iştirakçılarına qarşı polisin təşkil etdiyi xüsusi əməliyyat zamanı ən azı 12 nəfər həlak olub. Bu barədə Daily Echo nəşri məlumat verir.
Həlak olanlardan 11 nəfər cinayətkar, bir nəfər isə hərbi qulluqçudur.
Son iki il ərzində təcavüz hallarının artması ilə əlaqədar silahlı qüvvələrə regionda təhlükəsizliyin təmin olunması ilə bağlı tapşırıq veriləndən sonra Rio-de-Janeyronun rayonunda hərbçilər və silahlı cinayətkarlar arasında birbaşa qarşıdurmaların sayı artıb.
“Məqsədimiz sadəcə həbslərin həyata keçirilməsidir. Söhbət qurbanlardan gedirsə - yalnız cinayətkarları günahlandırmaq olar. Əsgərlər özlərini müdafiə etmək hüququna malikdirlər”, - hərbçilərin rəsmi nümayəndəsi Karlos Çinelli jurnalistlərə bəyan edib.
O dəqiqləşdirib ki, cinayətkarlıqla mübarizə üzrə əməliyyatda 4 mindən artıq hərbçi iştirak edir. Onların məqsədi regionda axtarışda olan narkotik alverçilərini aşkar etməkdir. Əməliyyatlar zamanı yerli sakinlərdən evlərini tərk etməmək xahiş olunub. **