İndoneziya hökuməti və humanitar təşkilatlar Lombok adasında növbəti zələzələ nəticəsində zərərçəkənlərə yardım etmək üçün qüvvələri səfərbər edirlər. Bu barədə Sinqapurun “The Straits Times” nəşri xəbər verir.
Son məlumatlara görə, avqustun 19-da Lombokda baş vermiş yeni zəlzələ nəticəsində ən azı 10 nəfər həlak olub. Fövqəladə Hallar Agentliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, qurbanların sayı artır, afterşoklar davam edir. Hökumət dağılmış evlərin, xəstəxana və məktəblərin bərpası istiqamətində səyləri artırır.
Evlərini tərk etmək məcburiyyətində qalmış 430 mindən çox adam üçün sığınacaq, ərzaq, içməli su çatışmazlığı qalmaqdadır.
“The Straits Times” nəşri yazır ki, bu regionda dağılmış obyektlərin bərpası təxminən $480 mln.-a başa gələcək.*