Müdafiə nazirinin birinci müavini, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında nümayəndə heyəti 21-24 avqust tarixlərində Belarusa rəsmi səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Səfər çərçivəsində Belarus və Azərbaycan Baş Qərargahları rəisləri arasında nümayəndə heyətləri tərkibində danışıqları, həmçinin Belarus müdafiə nazirinin Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə görüşü planlaşdırılır”,- Belarus Müdafiə Nazirliyindən qeyd ediblər.
Belarus və Azərbaycan tərəfi ikitərəfli hərbi əməkdaşlığın vəziyyətini təhlil, o cümlədən gələcək əlaqələrin perspektivli istiqamətlərini müəyyən edəcəklər. **