Çərşənbə axşamı İran prezidenti Həsən Ruhani bəyan edib ki, ölkəsinin döyüş hazırlığının gücləndirilməsi müharibənin qızışdırılmasına deyil, davamlı sülhün bərqərar olmasına yönəlib.
“Bizim hazırlığımız - müharibəyə deyil, davamlı sülhün yaradılması və müdafiəsinə hazırlıqdır”, - İran prezidenti bildirib.
“Döyüş hazırlığının qənaətbəxş olmaması və hərbi potensialın çatışmamazlığı olmaması daima müharibə təhlükəsi altında olmaq deməkdir. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi isə sülhə yönəlmək deməkdir”, - H.Ruhani əlavə edib.
O, həmçinin İran Silahlı Qüvvələrini döyüş hazırlığını gücləndirməyə və Tehranın “düşmənlərini” İrana qarşı istənilən aqressiv hərəkətlərdən çəkinməyə çağırıb.
Prezidentin sözlərinə görə, “son 40 il ərzində İranın düşmənləri “İranofobiya” yayaraq bu ölkənin insanların yaşamasına təhlükə olduqlarını düşünməyə vadar ediblər”, baxmayaraq ki, “iranlılar - sülh və əməkdaşlıq xalqıdır”.
Eyni zamanda, H.Ruhani vurğulayıb ki, İran xalqı hər zaman digər dövlətlərlə sülh şəraitində birgə yaşamağa və əməkdaşlığa çalışıb. **