Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunda avtomobil yolununtikintisi məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,1 mln. manat ayırmağı tapşırıb.
Çərşənbə axşamı dövlət başçısının saytında İ.Əliyevin Qusar rayonunun Köhnə Xudat–Həzrə avtomobil yolununtikintisi ilə bağlı tədbirlər haqqındasərəncamı dərc olunub.
Köhnə Xudat–Həzrə avtomobil yolu iyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq. **
F.İsazadə