Almaniya kansleri Angela Merkelin avqustun 25-də Azərbaycana baş tutacaq səfərinin gündəliyinə daxil olan əsas mövzulardan biri Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünün həcminin artırılması imkanları ilə bağlı olacaq. Bu barədə Britaniyanın “Financial Times” nəşri Almaniya hökumətindəki mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Berlin “Şahdəniz” yatağndan hasil olunan qazın Türkiyə ərazisindən keçməklə Avropaya nəql olunacağı Cənub Qaz Dəhlizinə olduqca böyük maraq göstərir.
Mənbə qeyd edib ki, Almaniya Türkmənistan və İran qazının da bu boru kəməri ilə Avropaya nəql olunmasını istəyir.*