Rusiyanın XİN başçısı Sergey Lavrov bəyan edib ki, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə fəal inkişaf edən hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələri müzakirə etmək niyyətindədir.
“İkitərəfli gündəliyimizdə müzakirə mövzusu hər zaman var. Ticarət, iqtisadiyyat, humanitar, hərbi-texniki əməkdaşlıq sahələrində münasibətlər çox fəal surətdə inkişaf edir”, - S.Lavrov M.Çavuşoğlu ilə danışıqların əvvəlində deyib.
“Hazırda Astana foprmatında növbəti sammitə hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu vacib tədbirə hazırlığın gedişini ətraflı müzakirə edəcəyik”, - nazir əlavə edib.
S.Lavrov bu yaxınlarda Ankaraya səfərini xatırlayaraq qeyd edib ki, “yaxın zamanda digər nazirlik və idarələrin xətti ilə münasibətlərin yaradılması planlaşdırılır, və, əlbəttə ki, prezidentlərimiz arasında əlaqələrin qrafiki hər zaman gündəmdədir”. **