Ankara Suriyanın şimalında terrorçuların məhv edilməsi üzrə Moskva ilə birgə fəaliyyətə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə danışıqlardan sonra mətbuat konfransında bildirib.
“Vəzifəmiz rusiyalı həmkarımızın narahatlığını aradan qaldırmaq və həmin regionda (Suriyanın şimalında) olan terrorçuları məhv etməkdən ibarətdir. Biz birlikdə fəaliyyət göstərə bilərik (RF ilə)”, - M.Çavuşoğlu qeyd edib.
Eyni zamanda, onun sözlərinə görə, “terrorçuları məhv edərək mülki şəxslərə zərər yetirmək olmaz”.
“Bu, qaçqınların axını, dram və bəşəri faciəyə gətirə bilər”, - türkiyəli diplomat vurğulayıb.
Bununla bağlı nazir bəyan edib ki, bu cür vəziyyətin yol verilməməsi məqsədilə birgə səy göstəriləcək. **