Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin tezliklə Türkiyəyə səfər edəcəyini gözləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Cənab Ərdoğan sizə salamlarını və ən xoş arzularını çatdıraraq tezliklə İstanbula səfər edəcəyinizi gözləyir”, - deyə o, Rusiya prezidenti ilə görüşdə bildirib.*