2017-ci ildə Azərbaycanda bankların kapitalına daxilolmalar 900 mln. manat təşkil edib, bank sektorunun xarici borcu $900 mln.-a qədər azalıb.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd olunur.
“2017-ci il ərzində bank sektorunda aparılmış islahatlar nəticəsində ümumilikdə 900 mln. manat məbləğində kapital inyeksiyası həyata keçirilib və sektor üzrə yetərli kapitallaşma təmin edilib. Ötən il ərzində kommersiya banklarının xarici borcu 71,8% azalaraq, cəmi 900 mln. ABŞ dolları ekvivalentində olub”, - Strategiyada qeyd edilir.
Öhdəliklər strukturunda bankların xarici borcunun payı cəmi 6,5% olub.
Strategiyada qeyd olunur ki, 2017-ci ildə xarici valyutada əmanətlərin cəmi əmanətlərdə payı 80%-dən 68%-ə enib. 2016-cı ildə xarici valyutada verilmiş kreditlər cəmi kreditlərin 48%-ni təşkil etdiyi halda, ötən il ərzində həmin göstərici 41%-ə enib. **
A.Əzizov