Azərbaycan hökuməti 2026-cı ilə qədər dövlət borcu portfelinin həcminin 2018-ci ilin sonuna $10,4 mlrd.-dan $7,7 mlrd.-a qədər azalmasını proqnozlaşdırır.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sında qeyd edilir.
Proqnozlara əsasən, 2019-cu ildə dövlət borcu $10,9 mlrd. və ya ÜDM-in 24,7%-ə qədər artacaq (2018-ci ildə ÜDM-in 23,9%-i).
Lakin, artıq 2020-ci ildən dövlət borcunun həcmi azalmağa başlayacaq. Xüsusilə, 2020-ci ildə dövlət borcunun həcmi $10,7 mlrd.-a qədər (ÜDM-in 22,7%-i), 2023-cü ildə – $9 mlrd.-a qədər (ÜDM-in 17,6%-i), 2025-ci ildə – $7,7 mlrd.-a qədər (ÜDM-in 14,1%-i) azalacaq.
Beləliklə, 2018-2025-ci illərdə Azərbaycanda dövlət borcunun həcmi 26% azalacaq.
Hökumətin proqnozlarına görə, bu dövrdə dövlət borcuna xidmət xərclərinin həcmi azalacaq. 2018-ci ildə bu məqsədlərə xərclər $1 mlrd. 294,5 mln. təşkil edəcək. 2019-cu ildə bu məqsədlərə $1 mlrd. 293,2 mln., 2020-ci ildə - $1 mlrd. 257,9 mln., 2023-cü ildə - $1 mlrd. 4,7 mln., 2025-ci ildə - $906,5 mln. vəsait yönəltmək planlaşdırılır.
Ümumilikdə, 2025-ci ildə dövlət büdcəsi xərclərinin 6,5%-i xarici dövlət borcuna xidmət xərclərinin payına düşəcək (2018-ci ildə - 10,5%). **
A.Əzizov