Berlin Dağlıq Qarabağ münaqişənin həllində maraqlıdır və bu prosesə töhfəsini verməyə hazırdır. Bunu Almaniya kansleri Angela Merkel deyib.
“Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik”, - A.Merkel Azərbaycan prezidenti İlham Əliyev ilə Bakıda keçirilən birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər.
“ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik. Bu istiqamətdə səylərimizi aktivləşdirəcəyik”, - kansler bildirib.
“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”, - İ.Əliyev öz növbəsində vurğulayıb.
Оqeyd edib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir.
“Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”, - İ.Əliyev bəyan edib. **