Prezident İlham Əliyev və Almaniya kansleri Angela Merkel demokratiyanın inkişafı və bu istiqamətdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
“Xanım kansler ilə demokratiya, insan hüquqlarının müdafiəsinə dair fikir mübadiləsi apardıq və bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - İ.Əliyev Almaniya kansleri A.Merkel ilə birgə mətbuat konfransında bildirib.
Prezident Bakı ilə Aİ arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib.
“O cümlədən, Avropa İttifaqı-Azərbaycan əlaqələri müzakirə mövzusu olub. Biz bu əlaqələrin inkişafından çoz razıyıq. Cari ildə Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənəd imzalanıb, böyük saziş üzrəində iş konstruktiv aparılır. Ümid edirəm ki, yaxın zamanda danışıqlar uğurla başa çatacaq və Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq dövrü başlanacaq”, - İ.Əliyev qeyd edib. **