Sentyabrdan başlayaraq hər həftə sonu məktəblilər, oktyabrdan etibarən turistlər üçün Safari Parka turlar təşkil ediləcək.
Avqustun 26-da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar.
“Azər Ekov” MMC-nin direktoru Tofiq Həsənovun sözlərinə görə, park Şamaxı rayonunda Pirqulu adlanan dağ-meşə massivində 620 hektar ərazinin hüdudları içərisindəsalınıb. İstifadəyə verildiyi vaxt parkda 790 baş heyvan - nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi.Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda 1 mini ötüb.
Təhsil Nazirliyi ilə əldə olunan razılığa əsasən sentyabrdan başlayaraq hər həftə sonu məktəblilər üçün Safari Parka turlar təşkil ediləcək. Ərazini gəzmək məktəblilər üçün ödənişsiz olacaq.
Turist qəbulu üçün də hazırlıqlar tamamlanmaq üzrədir. Oktyabrdan etibarən turistlərin buraya səfərləri təşkil olunacaq.**
A.Əzizov