Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana rəsmi səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
«Bu, M.Baxtadzenin baş nazir kimi Azərbaycana birinci səfəridir. Hazırda biz danışıqların gündəliyinin razılaşdırılmasını yekunlaşdırırıq. Əsas məqsəd ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsindən ibarətdir», - deyə Gürcüstanın Bakıdakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Baş nazirin səfəri 1 gün davam edəcək.*
F.İsazadə