Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-2013-cü illərdə aldığı qızılın ölkəyə gətirilməsini başa çatdırıb. Bu barədə ARDNF-nin 2017-ci il ərzində maliyyə hesabatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF 2012-2013-cü illərdə 30175 kq qızılın alınmasına 1 mlrd. 167,517 mln. manat (970 146 troya unsiyası) yönəldib.
“2017-ci il ərzində qızılın ARDNF-nin inzibati binasında inşa edilmiş xəzinəyə gətirilməsi başa çatıb”, - sənəddə qeyd olunur.
1 yanvar 2018-ci il tarixinə fondun aldığı qızılın balans dəyəri 2 mlrd. 137,212 manat təşkil edir, bu da 2017-ci ilin əvvlinə olan göstəricidən 8,6% çoxdur.
2013-cü ilin yanvar ayında ARDNF-nin aldığı qızılın Böyük Britaniyadan Azərbaycana gətirilməsinə başlanılıb. **
N.Abbasova