Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemlərini almaq planlarına dair məlumatı araşdırır. Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
“Bu məsələ hindistanlı həmkarlarımızla müzakirə olunacaq”, - H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
“The Times of İndia” nəşri Hindistanın silah təhqiqatları və istehsalı Fondunun direktoru K.M.Radjaya istinadən İrəvanın “Pinaka” reaktiv yaylım atəşi sistemlərini almaq ehtimalı barədə məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan həmçinin ölkəsinin Hindistan istehsalı olan reaktiv yaylım atəşi sistemlərini almaq niyyətini təsdiq edib.
Sistem 1999-cu ildə Hindistan Silahlı Qüvvələrinin silahlanmasına alınıb. **
F.İsazadə