Prezident İlham Əliyev Şamaxı rayonunda avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,9 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolu 2 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir.
Vəsait 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Bundan başqa, prezident İ.Əliyev Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.
Müvafiq sərəncamlar bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə