Prezident İlham Əliyev “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”ni təsdiq edib.
Komissiyanın məqsədi Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılmasına dair təkliflərin hazırlanması və bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.
Bundan başqa, komissiyanın vəzifələrinə ölkədə rəqabət mühitinin vəziyyətini təhlil etmək, bu istiqamətdə vəziyyətin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, iqtisadi sahədə münasibətləri tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə dair təkliflər vermək və s. daxildir.
Komissiyanın tərkibini Azərbaycan Respublikasının prezidenti təsdiq edir. Komissiyanın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar və altqruplar yaradıla bilər.*
A.Əzizov