2018-ci ilin I yarısında Azərbaycan elektrik enerjisi ixracını 1,9 dəfə, idxalını 5,2% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hökumətin məlumatına əsasən, I yarımillikdə Azərbaycan $54 mln. 606,24 min məbləğində 1 mlrd. 156 mln. 305,9 min kVt/saat elektrik enerjisi ixrac edib.
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $25 mln. 98,74 min məbləğində 584 mln. 427,36 min kVt/saat elektrik enerjisi idxalı olunub. Beləliklə, 2018-ci ilin analoji dövründə Azərbaycana elektrik enerjisi ixracının həcmi say ifadəsində 1,9 dəfə və dəyər ifadəsində 2,2 dəfə artıb.
Birinci yarımillikdə Azərbaycan Gürcüstana $28 mln. 490,51 min məbləğində 648 mln. 143,47 min kVt/saat elektrik enerjisi, Türkiyəyə $23 mln. 473,51 min məbləğində 446 mln. 916,54 min kVt/saat elektrik enerjisi, Rusiyaya $2 mln. 229,18 min məbləğində 46 mln. 709,89 min kVt/saat elektrik enerjisi ixrac edib.
2018-ci ilin I yarısında Azərbaycan $1 mln. 897,74 min məbləğində 47 mln. 523,47 min kVt/saat elektrik enerjisi idxal edib.
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana $1 mln. 828,72 min məbləğində 45 mln. 178,9 min kVt/saat elektrik enerjisi idxal edilib. Beləliklə, 2018-ci ilin birinci yarısında elektrik enerjisi idxalının həcmi say ifadəsində 5,2% və dəyər ifadəsində 3,7% artıb.
Hökumətin məlumatına görə, 2018-ci ilin birinci yarısında Azərbaycan Rusiyadan 31 mln. 589,42 min kVt/saat elektrik enerjisi ($1 mln. 400,47 min), Gürcüstandan 1 mln. 409,05 min kVt/saat elektrik enerjisi ($84,54 min) və İrandan 14 mln. 525 min kVt/saat elektrik enerjisi ($412,72 min) idxal edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycandan elektrik enerjisi idxalı 1 mlrd. 160 mln. 196,03 min kVt/saat ($50 mln. 968,96 min), ixracı 108 mln. 421,76 min kVt/saat ($4 mln. 224,86 min) təşkil edib. **
N.Abbasova