Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti çərşənbə axşamı Azərbaycana səfərə gəlib. Bu barədə “AzərTAc” dövlət agentliyi məlumat verir.
Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Binəli Yıldırımı Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini Azərbaycana edir. **
B.Rüstəmbəyov