Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC Data Center üçün ekspert xidmətləri göstərəcək şirkət seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Tender təklifləri sentyabrın 24-ü saat 17:00-dək qəbul olunur. Tender proseduru sentyabrın 25-də baş tutacaq.
“AzInTelecom” MMC-nin operatoru olduğu Data Center 2016-cı ilin dekabr ayında açılıb.*
N.Abbasova