Şamaxı Rayon İcra Hakimiyyəti bu il Şamaxı şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün podratçı seçir. Bu barədə İH-dan məlumat verilib.
Seçim açıq tender üsulu ilə keçirilir. Zəruri maliyyə və texniki imkanlarına malik olan şirkətlər tenderdə iştiraka dəvət olunur. Tenderdə iştirak haqqı 200 manatdır.
Tender təklifləri oktyabrın 9-dək saat 17:00-dək qəbul olunur. Tender proseduru oktyabrın 10-da baş tutacaq.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev avqustun 27-də Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitininyaxşılaşdırılmasına dair tədbirlər haqqındasərəncam imzalayıb. Sərəncama əsasən, Şamaxı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayrılacaq. **
N.Abbasova