Azərbaycan 2018-ci ilin I yarısında $55 mln. 459,7 min məbləğində siqaret idxal edib, bu da ötən ilin anloji dövrünün göstəricisindən 19,83% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycana ən iri siqaret tədarükçüsü Ukrayna olub. Xüsusilə, bu ölkədən $45 mln. 385,44 min (artım 37,6%) məbləğində siqaret idxal olunub.
Bundan başqa, 2018-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana $6 mln. 130,84 min (azalma 82,2%) məbləğində siqaret idxal olunub.
Bütövlükdə respublikaya siqaret tədarükünün 93%-i Ukrayna və Rusiyadan idxalın payına düşüb.
2017-ci ildə Azərbaycana $159 mlın. 894,81 min məbləğində siqaret daxil olmaqla, tütün məmulatlarının idxalı $160 mln. 54,33 min təşkil edib. **
B.Rüstəmbəyov