Bakı və Tbilisi tərəfindən həyata keçirilən layihələr qlobal əhəmiyyətə malikdir və Azərbaycan bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin etimadnaməsini qəbul edib.
“Prezident İ.Əliyev Azərbaycan ilə Gürcüstanın fəal əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra mühüm qlobal layihələrin təkcə bölgə üçün deyil, daha geniş məkanda böyük önəm daşıdığını deyib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu vurğulayan Z.Pataradze fəaliyyəti dövründə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.*
F.İsazadə