Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Rivan ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
“Görüşdə iki ölkə arasındakı əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb”, - nazirliyin məlumatında deyilir.
E.Məmmədyarov səfir C.D.Rivaya gələcək fəaliyyətində uğurlar arzulayıb. **
F.İsazadə