Prezident İlham Əliyev Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,6 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam avqustun 29-da dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri çərçivəsində ayrılacaq.*
N.Abbasova