Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Müşahidə Şurasının sədri təyin edilib.
Şuranın tərkibinə müxtəlif nazirlik və ictimai təşkilatların nümayəndələri də daxil olub.
Bütövlükdə, Müşahidə Şurasının tərkibi 9 nəfərdən ibarətdir.*
F.İsazadə