Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Ermənistanın təşəbbüsü ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən siyasətçiləri kloun və təlxək adlandırıb.
“Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir. Növbəti kloun isə Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal Martin Sonneborndur”, - deyə H.Hacıyevin bəyanatında bildirilir.
O vurğulayıb ki, Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar.
“Maraqlıdır, görəsən, klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?", - deyə XİN rəsmisi sual verib.*
F.İsazadə