Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Azərbaycanın rəsmi KİV-i xəbər verir.
Qeyd edək ki, səfər çərçivəsində M.Baxtadze ölkənin tranzit potensialından tam şəkildə istifadə etməyə imkan verəcək mühüm regional layihələri müzakirə edəcək.
"Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz birlikdə tarixi əhəmiyyət kəsb edən layihələr həyata keçiririk", - deyə o, Azərbaycana səfəri ərəfəsində keçirdiyi brifinqdə qeyd edib.
M.Baxtadzenin sözlərinə görə, o, Bakıda Azərbaycan prezidenti, baş naziri və parlament sədri ilə görüşəcək.
"Biz regional əməkdaşlıq baxımından çox mühüm yeni istiqamətləri, eləcə də ticarət əlaqələrimizi daha da dərinləşdirməyə və inkişaf etdirməyə kömək edəcək və bunun nəticə etibarilə Gürcüstanın iqtisadi inkişafına və regional mərkəzə çevrilməsi məqsədinə müsbət təsir göstərəcək təşəbbüsləri müzakirə edəcəyik”, - deyə baş nazir vurğulayıb.*
F.İsazadə